Apr 17 2019 14:23
Views: 376

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə müzakirə olunan mühüm məsələrdən biri də humanitar sahədə mümkün birgə fəaliyyət, kütləvi informasiya vasitələrinin nümayəndələrinin həm işğal olunmuş Dağlıq Qarabağ ərazisinə, həm də Ermənistana, eləcə də Azərbaycana səfərlərinin təşkili ilə bağlıdır. Politoloq Arzu Nağıyev deyir ki, qarşılıqlı səfərlərin təşkili üçün icra mexanizmi tərtib olunmalıdır.

Politioloq bildirib ki, digər ən böyük problem əsir və girovlar, eyni zamanda həbs olunan şəxslərlə bağlıdır. Azərbaycanın əsir və girovları ilə bağlı məsələyə ilk növbədə hüquqi qiymət verilməlidir, məhz bundan sonra həmin şəxslərin qohumları ilə görüşünün hansı formada təşkil olunması mexanizmi müzakirə olunmalıdır.

Millət vəkili, politoloq Hikmət Babaoğlunun fikrincə xarici işlər nazirlərinin Moskva görüşündə müzakirə olunan humanitar məsələlər etimad mühitinin yaranmasına xidmət edir, amma Azərbaycan tərəfi bu mühitin yaradılmasına tələsmir.

Ekspertlər bildirir ki,  ümumilikdə Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı danışıqlarda yaranan dinamizm müsbət haldır. Sonuncu Moskva görüşündə isə müzakirə olunan humanitar məsələrin həyata keçirilməsi üçün mütləq şəkildə icra mexanizmi hazırlanmalıdır.


Create Account



Log In Your Account