May 23 2019 17:25
Views: 413

Azərbaycan Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub. Ədəbi gecə Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” İctimai Birliyinin iştirakı ilə reallaşıb. Tədbiri  qeyri-adi edən onun qəhrəmanlarının fiziki məhdudiyyətli və istedadlı insanları olub. Layihədə iştirak edənlər də bildirirlər ki,  həyat həqqətən də gözəl və maraqlı edən məhz yaradıcılıqdır.

“Həyat gözəldir” musiqili-ədəbi gecə potensial xeyriyyəçilərin diqqətini cəlb etmək məqsədilə gənc müəlliflərin yaradıcı təşəbbüslərinin dəstəklənməsi üçün nəzərdə tutulub. Proqramın əsas hissəsini layihə iştirakçılarının poetik əsərlərinin qiraəti və  vokal,  instrumental nömrələrdən ibarət konsert və təşkil edib.

Tədbirdə həyata keçiriləcək yeni layihələr elan edilib.  İştirakçıların hazırladıqları rəngkarlıq, qrafik və dekorativ-tətbiqi işlər təqdim olunub.


Create Account



Log In Your Account