Sep 28 2019 18:29
Views: 344

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində İçərişəhərdə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, 50 il öncə mmilli lider Heydər Əliyev İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi barədə sərəncam verib. Yarım əsrdən sonra Leyla Əliyevanın təşəbbüsü ilə Nəsimi festivalı keçirilir. Əbülfəs Qarayev qeyd edib ki, festival Azərbaycan xalqının öz mütərəqqi ənənələrinə sadiqliyini göstərir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov bildirib ki, Festivalda 30 müsəlman ölkəsindən 50-dən çox sənətkar iştirak edir. Qeyd edib ki, festival islam ölkələrinin əlaqələrinin gücləndirilməsində böyük rol oynayacaq. Şeyxülislam Allahşükür Paşazadə isə festivalların insanları birləşdirdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda müstəqillik illərində islama çox böyük dəyər verilib.
Festivalın əsas məqsədi ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.  Festival iştirakçıları da tədbirin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirblər.
Festival oktyabrın 4-dək davam edəcək. Tədbir çərçivəsində “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi də təşkil olunacaq.


Create Account



Log In Your Account