Jul 04 2019 19:04
Views: 241

Azərbaycan milli sənətkarlığının ən müxtəlif formalı və tərtibatlı nümunələri Bakıda ilk dəfə keçirilən Respublika Sənətkarlıq Festivalında görmək mümkündür.  Nizami küçəsində açıq səma altında təşkil olunan tədbir hazırda Bakıda davam edən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilir. Əsas məqsəd sessiyada iştirak edən qonaqları Azərbaycanın milli sənətkarlq nümunələri barədə məlumatlandırmaq, eyni zamanda mədəni istirahətlərinin təşkil etməkdir. Məhz bu tədbir üçün ökəmizə dünyanın 150 ölkəsindən 3 minə qədər xarici qonaq gəlib.

Festivalda  Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar iştirak edir. Nümayiş olunan incəsənət nümunələri öz zərifliyi, milliliyi, orijinallığı ilə diqqəti cəlb edir.

Ümumilikdə festivalda 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyədiyi stendlər quraşdırılıb.

Festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqlarının burada təşkil edilən yarmarka ilə tanış olmaq, eyni zamanda, əl işlərini əldə eldə etmək imkanı yaradılıb.

Festivalda əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılıb. Geniş mədəni proqramı olan festival iyulun 7-dək davam edəcək.


Create Account



Log In Your Account