Sep 23 2019 18:52
Views: 391

“Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”. Bakıda keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransının bu dəfəki mövzüsu belə adlanır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, dünyada baş verən bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklər təhsilə və təhsilin qiymətləndirilməsinə də təsirsiz ötüşməyib.

Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, təhsilin qiymətləndirilməsi üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə sistemlərində iştirak edib.

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Prezidenti Rendi Bennet bildirib ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın məqsədi təhsilin qiymətləndirilməsi sahəsində elm və təcrübənin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarətdir.

Konfransa dünyanın 55 ölkəsindən 300-dən artıq nümayəndə qatılıb. Sentyabrın 27-dək davam edəcək konfransda qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları müzakirə olunacaq. Bundan başqa  diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.   


Create Account



Log In Your Account