May 03 2019 18:03
Views: 330

Türkiyədə keçirilən "IDEF-2019” sərgisi bu gün başa çatır.  XIV Beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycan istehsalı olan silah və hərbi texnika da nümayiş etdirilib. Milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məhsullar maraqla qarşılanıb. Ekspertlər hesab edirlər ki, bu sərgi Azərbaycanın hərbi sənaye imkanlarının nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi nazirliyinin məhsulları olan snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar nümayiş etdirilb. Bundan başqa Azərbaycanda istehsal olunan pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsulları da  iştirakçıların marağına səbəb olub.

Azərbaycan nümayəndə heyətləri sərgidə dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmiş məhsullarla tanış olub. Keçirilən görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi, yeni silah və texnikaların tədarükünə dair müzakirələr aparılıb. "IDEF-2019” Beynəlxalq müdafiə sənayesi sərgisinə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb.


Create Account



Log In Your Account