May 08 2019 18:48
Views: 348

Beynəlxalq Maliyyə Korporasiyası və  Azərbaycan Hökuməti arasında “Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi” layihəsinin icrası çərçivəsində üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalanıb.

Beynəlxalq Maliyyə Korporasiyasının  icra etdiyi layihəni İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi və Avstriyanın Maliyyə Nazirliyi maliyyələşdirir. Layihə sahibkarlıq fəaliyyətini asanlaşdırmağı və Azərbaycanın qeyri-neft iqtisadiyyatına yatırımlar cəlb etməyi nəzərdə tutur. Layihənin icrası üçün IFC(ay-ef-si), Azərbaycanın İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq sazişləri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə anlaşma memorandumları imzalayıb.

Layihə həmçinin kənd təsərrüfatı və aqrobiznes sahələrində mövcud olan çağırışları aradan qaldırmağa kömək edəcək. 

Baş nazirin müavini Yaqub Eyyubov bildirib ki, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühiti yaradılıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq etdiyini, indiyədək onlarla layihənin icra olunduğunu deyib. qeyd edib ki, Azərbaycan bundan sonra da qurumla əməkdaşlıqda maraqlıdır.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi imzalanan razılaşmaların icra vəziyyəti ilə bağlı mütəmadi monitorinq və qiymətləndirmə həyata keçirəcək. qurumun rəhbəri Vüsal Qasımlı bildirib ki, əvvəlcə bunun üçün metodoloji çərçivə müəyyən olunacaq.

İsveçrə Səfirliyinin, Müvəqqəti İşlər Vəkili, Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin direktor müavini Simon Heberli bildirib ki,  İsveçrə bundan sonra Azərbaycan Hökumətinin yeni iqtisadi model yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır.


Create Account



Log In Your Account