May 07 2019 18:43
Views: 225

9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi keçirib. Sərgi Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilir. “Qələbəyə Azərbaycan töhfəsi”, “Qəhrəman Bakı”, “Hər şey Vətən üçün”, “Milli diviziyalarımız”, “Qərib diyarların qəhrəmanları”, “Müharibənin ekran salnaməsi”, “Müharibənin qadın üzü”, “Elmimiz cəbhənin xidmətində” kimi sərlövhələr altında təqdim edilən məlumatlarda ön və arxa cəbhədə Azərbaycan xalqının göstərdiyi rəşadət, qəhrəmanlıq və fədakarlığı əksini tapıb.

6 ay davam edəcək sərgidə dövlətin veteranlarıa diqqət və qayğısını əks etdirən fotostendlər və Böyük Vətən müharibəsində Azərbaycanın roluna həsr olunmuş müxtəlif məzmunlu məlumat lövhələri də nümayiş etdirilir. Veteranlar bu cür tədbirlərin onlara verilən yüksək qiymət olduğunu bildiriblər.

 


Create Account



Log In Your Account