Jun 19 2019 14:39
Views: 261

Bakıda 4-cü ADA Beynəlxalq Təhsil Konfransı başlayıb. “İnküziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” adı altında keçirilən beynəlxalq konfransın əsas mövzusu “4-cü dayanıqlı inkişaf məqsədi” dir. Konfransın əsas məqsədi təhsil sahəsində əldə olunmuş nailiyyətləri və mövcud problemləri tədqiqatlar əsasında ortaya çıxarmaq, bu sahəyə gənclərin cəlb olunması, təhsil sahəsində araşdırmalarda rəqabətliliyi artırmaqdır. ADA Universitetinin prorektoru Vəfa Kazdal bildirib ki, bu konfransda xarici ölkələrdən də nümayəndələr də iştirak edir. Tədbirin təşklinə Dünya Bankı və YUNİSEF təşkilatı da yaxından dəstək verir.


Create Account



Log In Your Account