Apr 23 2019 18:47
Views: 260

 

Azərbaycan və Qazaxıstan arasında nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımalar sahəsində əməkdaşlığın böyük perspektivləri var. Bunu Bakıda keçirilən IV SOCAR Beynəlxalq forumunun 2-ci günündə “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin ixrac marşrutlarının icmalı” sessiyasında çıxışında  Qazaxıstanlı nümayəndə Ercan Əhmədov bildirib. Onun sözlərinə görə, Xəzər regionundan Avropaya aparılan məhsullar içərisində neftdən çox neftdən istehsal olunan digər mallar üstünlük təşkil edir. Nəqliyyat dəhlizlərinin neftin təhlükəsiz daşınmasında rolundan danışan ekspert bildirib ki, alternativ marşrutların əhəmiyyəti get-gedə artır. Ayrı-ayrılıqda Xəzər regionunda yerləşən ölkələrin neft ixracından danışan Ercan Əhmədov onların xüsusiyyyətlərini və maraqlı statistikalar açıqlayıb.  Neft şirkətlərinin qarşılaşdığı problemlərə toxunan ekspert həll yollarını da göstərib.

Sessiya çərçivəsində ötən il mayın 2-də istifadəyə verilən Beynəlxalq Türkmənbaşı Dəniz Iimanı barədə təqdimat keçirilib. Liman barədə videorolik nümayiş olunub. Bərə, sərnişin və yük terminalları daxil olan liman eyni vaxtda 17 gəmiyə, 300 min sərnişinə və 75 min yük maşınına, ildə 400 min konteynerə xidmət göstərə bilər. Yeni limanın ümumi buraxılış gücü neft məhsulları nəzərə alınmamaqla 17 milyon tondur. Daha sonra Novorosiysk terminal limanının ixrac potensialı nümayiş olunub, gələcək pespektivlər müzakirə edilib. İkinci sessiyada Xəzər regionunun qaz bazarının inkişafı əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, Azərbaycan yerləşdiyi əlverişli coğrafi mövqeyi onun gələcəkdə Avropanın ən böyük qaz ixracatçısına çevrilməsi yolunda ciddi üstünlükdür.

Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin qaz və neft bazarlarının müzakirə olunduğu foruma dünyanın 22 ölkəsindən 300-dək nümayəndə qatılıb. Forum işini aprelin 25-də yekunlaşdıracaq.


Create Account



Log In Your Account