Dec 14 2019 20:25
Views: 142

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IV startap və innovasiya festivalı keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı son 4 ildə universitetdə startap sahəsində görülən işlərdən danışıb və innovativ layihələri olan gənclərə hər zaman dəstək olduğunu bildirib. Qeyd edib ki, bu ilin sonunadək universitetdə Startap Akselerasiya Mərkəzi yaradılacaq. Hazırda ali məktəbdə Startap məktəbi və Startap inkubatoru fəaliyyət göstərir. “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin 22 layihəsi arasından münsiflər heyətinin seçdiyi 5 layihə festivalda təqdim olunub. Startapçılar “İnteraktiv dırnaqlar”, “Tiç mi”, “Rezerv App” və digər mövzulara müraciət ediblər. Festivalda münsiflər heyəti ən çox bal qazanaraq qalib gəlmiş layihəni müəyyənləşdirib. Yüksək bal qazanan layihələr mükafatlandırılıb.


Create Account



Log In Your Account