Nov 13 2019 17:42
Views: 61

“Bu ilin 9 ayı ərzində Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22,56 faiz artıb”. Bunu Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysi Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri IV Ticarət Məclisində deyib. Səfir bildirib ki, iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyasda 2017-ci ildə 9 tərəfdaş şirkət təmsil olunurdusa, bu gun bu rəqəm 50 təşkilat və şirkəti keçib.

BƏƏ-nin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansuri bildirb ki, qeyri-neft sektorunda ticarət əlaqələri sürətlə inkişaf edir. Hər iki ölkənin şirkətləri müxtəlif sərgilərdə öz məhsullarını qarşılıqlı təqdim edirlər. Qeyd olunub ki, qarşıda duran əsas vəzifələrdən biri ticarət dövriyyəsinin həcmini artırmaqdır. Bunun üçün kifayət qədər potensial var.

Ticarət Məclisində BƏƏ-dən 20-dən çox nümayəndə iştirak edib. Ticarət Məclisi iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platforma hesab olunur.


Create Account



Log In Your Account