Oct 11 2018 17:00
Views: 521

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və İttifaqa üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin təşkilatçılğı ilə keçirilən IX Avropa Film festivalı start götürüb. Festivalda müxtəlif janrlardan 19 film təqdim olunacaq.
IX Avropa Film festivalı Macarıstan kinematoqrafçılarının “Kimcem” filmi ilə açılıb.  Ekran əsəri Macarıstanda baş vermiş inqilabi hadisələri əks etdirir. Bu film nəinki Macarıstanda, həm də bütün dünyada çox məşhurdur. Festival çərçivəsində bu film iki dəfə ingilis dilində Azərbaycanca subtitrlərlə nümayiş etdirilib.
Niderlandda istehsal olunmuş “Vəhşi Amsterdam” filmi də tamaşaçılara məhz festivalın açılış günü təqdim olunub. Filmin hekayəsi hekayə şəhərin yalnız insanlar üçün mövcud olmadığını xatırladır.
Avropa Film Festivalının Bakıda keçirildiyi 9 il ərzində, ümumilikdə 128 film nümayiş etdirilib. IX Avropa Film festivalı oktyabrın 21-dək davam edəcək.


Create Account



Log In Your Account