Jul 15 2019 19:35
Views: 704

“Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir”. Bu fikirləri Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin açılışında deyib. Bildirb ki, Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” dinlərarası dialoqun inkişafına böyük töhfə verib. Onun sözlərinə görə, yay məktəbi müxtəlif millətlərdən olan arasında dialoqun, dostluğun yaranmasına xidmət edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Azərbaycan multikulturalizminin dünyada tanıdılması ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Yay məktəbində iştirak edən müxtəlif ölkələrin nümayəndələri də layihədə iştirak etdiklərinə görə məmnun olduqlarını bildirirlər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hesab edirlər Kİ, gənclərin mədəniyyətlərarası dialioq prosesində iştirakı ziddiyyətlərin çoxaldığı müasir dövrdə xüsusi əhəmiyyətə malikdir.
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyanın Gənclər Arasında Ümumi Söz beynəlxalq təşkilatı və Azərbaycanın Gənclər Fondu ilə birgə təşkil olunub. Tədbir çərçivəsində  “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda I Beynəlxalq Gənclər Forumu da keçirilib. Yerli və xarici universitetlərdə təhsil alan tələbələrin qatıldıqları Yay Məktəbi iyulun 21-dək davam edəcək.


Create Account



Log In Your Account