Jun 28 2019 19:25
Views: 382

Azərbaycanda 2019-cu ilin ilk rübündə sığorta bazarının qeyri-neft sektorunda payı 1,9%, maliyyə sektorunda payı isə 3,1%-ə çatıb. Bu barədə Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Beynəlxalq Sığorta Forumunda məlumat verilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkənin sığrota bazarındakı durumu açıqlayıb 
Forumda vurğulanıb ki, bu ilin I rübünün yekununa görə, Azərbaycanda sığorta sektorunun işçi heyətinin sayı 2 817 nəfər təşkil edib. Bu, illik müqayisədə 3,6 dəfə çoxdur. 
Forumda İcbari Sığorta Bürosu sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatını keçirib. Qeyd olunub ki, yeni sistemin tətbiqindən sonra icbari avtosığorta sahəsində mənfi hallar aradan qalxacaq, bu sahədə kifayət qədər dəyişiklik olacaq. Sığorta hadisəsinin qeydə alınması ilə bağlı Dövlət Yol Polisinin "Forma 4" adlı arayışı HİS sayəsində bu arayış elektron qaydada təqdim ediləcək.


Create Account



Log In Your Account