Jul 29 2019 17:15
Views: 163

Bakıda keçirilən ənənəvi Jara musiqi festivalına yekun vurulub. 4 gün davam edən festivalın son günü də də müğənnilər maraqlı ifaları və şouları ilə  fanatlarını sevindiriblər. Musiqili gecədə Emin, Timati, Qriqori Leps, Loboda, HammAli i Navai, Mari Kraymbreri, Rauf, Faiq, Rasa, Kosmos Girls, MOT, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, Anna Sedokova, Timur Rodriqez, və Serebro bir-birindən maraqlı mahnılarla çıxış ediblər.

Jara Festivalı tamaşaçıları sevindirməklə yanaşı, iştirakçı müğənnilər arasında əməkdaşlığın yaranmasına səbəb olub. Bəzi gələcək duetlərin ilk sorağı da məhz Jara-dan gəldi. 

Jaranı izləməyə gələn tamaşaçılar da təşkilatşılıq səvyyəsindən və  festivalın proqramından razı qalıblar. 

 “Jara 2019” Beynəlxalq Musiqi Festivalında dörd gün ərzində əsl bayram ab-havası yaşanıb. İki yüzdən çox məşhur estrada ulduzunun iştirak etdiyi festival həm də yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalıb. festivalın sonuncu gecəsində dünyaca məşhur estrada ulduzlarının ifaları ilə müşayiət olunan xoreoqrafik səhnəciklər, fərqli dekorasiyalar, işıq və lazer şousu təqdim edilib. Festival estrada ulduzlarının səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıqla yekunlaşıb. Ənənəvi Jara  festivalı gələn il də Bakıda keçiriləcək. Təşkilatçıların szölərinə görə yubiley konsertində tamaşaçıları yeni sürprizlər, dünyaca məçhur müğənnilər və ötən illərə nisbətdə daha böyük şou gözləyir. Jara festivalının təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


Create Account



Log In Your Account