Jul 26 2019 19:42
Views: 198

4-cü beynəlxalq “Jara” festivalının açılış mərasimi baş tutub. Açılış mərasimində ilk olaraq Filip Kirkorov səhnəyə çıxıb. 
Festivalın qonaqları dünyaca məşhur müğənni, aktyor və siyasətçilər, ictimai və mədəniyyət xadimləridir. Festivalda uşaqlar arasında keçrilən «Avroviziya” yarışının ulduzu Fidan Hüseynova da iştirak edib. Bu festival həm də yeni başlayan ifaçılar üçün ən uyğun meydandır. 4 il ərzində “Jara” festivalı ilin ən gözlənilən musiqi hadisəsinə çevrilməyi bacarıb.
“Avroviziya” iştrakçıları Çingiz Mustafayev və Sergey Lazarev də festival çərçivəsində səhnədə ifaları ilə sevənlərinin qarşısına çıxıb. Bir müddət öncə bütün dünyanın diqqəti bu müğənnilərin üzərində idi. İndi hər iki məşhur Bakıda fanatları sevindiriblər.
Bu il festival 4 gün davam edəcək. Konsertlərdə 200-dən çox ifaçı səhnəyə çıxacaq. Bu  sıraya həm estradada öz sözünü demiş müğənnilər,  həm də ilk addımlarını yenicə atan ifaçılar daxildir. Amma onların hər biri üçün  «Jara”nın xüsusi yeri var
“Jara” festivalı iyulun 28-dək davam edəcək. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. Gələn il “Jara” festivalının Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account