Jul 27 2019 15:12
Views: 258

Festivalın ikinci günündə Qriqori Lepsin, Stas Mixaylovun və Lyube qrupunun yaradıcılıq gecələri keçirilib. İfaçılar öz mahnıları ilə səhnəyə çıxaraq tamaşaçıları sevindirib. Tədbirin aparıcısı Yana Çurikova Leps və Mixaylov arasında bir növ yarışma elan edib.
Kimin birinci çıxış edəcəyini fortuna müəyyən etsə də, ən çox seviləni tamaşaçılar təyin edib. Ələttə ki, alqışları ilə.
Bundan başqa yaradıcıq gecələri keçrilən ifaçılar məşhur mahnılarını digər müğənnilərlə birgə duet şəklində ifa ediblər. Tamara Qverdtseteli, Stiven Siqal, Emin, Diana Arbenina, Filip Kirkorov, Brendon Stoun, Aygün Kazımova, Lyubov Uspenskaya, Leonid Aqutin, Valeriya, Brilliant Dadaşova, və digərləri də hit ifaları ilə tamaşaçıların qarşısına çıxıblar.
Festivalın fəxri qonaqları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Konsert proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu tamaşaçılara təqdim olunub. Müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları “Jara”nı gözlənildiyi kimi, unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirib. Bəzi ifaçılar mahnıları ilk dəfə olaraq məhz JARA da tamşaçılara təqdim etməyi məqsədə uyğun bilib.
Ukraynalı ifaçı Potap və onun MOZgi leyblı altında çıxış edən komandası Çernobl faciyəsinin 30 illiyini nəzərə alaraq tematik geyimlərdə festivala qatılıb. Bu ifaçıların BAkıya ilk gəlişi deyil
Vera Brejneva isə kameralara düz çıxışından bir neçə dəqiqə əvvəl tuş gəldi. Lakin bu qısa arada Müğənni festival haqda fikirlərini çatdırmağı bacardı. 
Festivalin 2 ci günü həm də  “Jara” haqqında çəkilmiş filmin təqdimatı ilə əlamətdar oldu. Tamaşaçılar ənənəvi festival faqda çəkilən lenti maraqla izləydilər. festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


Create Account



Log In Your Account