Jan 23 2020 21:07
Views: 261

Yüksək səviyyəli peşəkar, klassik jurnalistika ənənələrinin qoruyucusu, səriştə və böyük bacarığa malik insan...Həmkarları və dostları onu məhz bu cür xarakterizə edir. Bu gün Mixail Qusman 70 illik yubileyini qeyd edir. Rusiyanın əməkdar jurnalisti Mixail Qusman Bakıda anadan olub. Burada sevimli peşəsi ilə yolları kəsişib. Azərbaycan dillər institutunu və Bakı Ali Partiya Məktəbinin jurnalistika fakultəsini bitirib. Vətəni haqqında hər zaman sevgi ilə danışır. Yaradıcılıq yolu onu Tass İnformasiya agentliyinin baş direktorunun birinci müavini vəzifəsinədək gətirib çıxarıb. Televiziya auditoriyasına o “Hakimiyyətin formulu” verilişinin müəllifi və aparıcısı kimi tanışdır. Bu verilişin qəhrəmanları 20 ildir ki, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlərdir. Əsl vətənpərvər kimi o Azərbaycan ilə Rusiya arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verir. Doğma vətəni ilə əlaqələri itirməyən ustad tez-tez CBC telekanalının da qonağı olur. Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Birinci vitse prezident Mehriban Əliyevanın İnstagram hesabında paylaşdığı təbrik mətnində isə bildirilir ki, Mixail Qusman əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.


Create Account



Log In Your Account