Dec 15 2018 17:53
Views: 395

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu devizlə keçirdiyi ağacəkmə kampaniyası davam edir. Növbəti aksiyada jurnalistlər də iştirak edib.

Jurnalistlər böyük həvəslə yaşadıqları binanın həyətində sərv, şam, eləcə də tut, nar, heyva, xurma, badam ağaclarını əkdilər. Onlar ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn bu aksiyada iştirakdan məmnun olduqlarını bildirdilər.

Ağacəkmə kampaniyasına təkcə jurnalistlər deyil, onların ailə üzvləri, hətta azyaşlı uşaqları da həvəslə qoşulmuşdular.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cür aksiyaların təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların diqqətinə çatdırır. Və hər kəsi ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.


Create Account



Log In Your Account