Dec 03 2019 16:37
Views: 237

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASCnin Gəncə Regional İdarəsində media işçiləri üçün "Açıq qapı" günü təşkil olunub. Tədbirin məqsədi media işçilərini və ictimaiyyəti şirkətin əsas vəzifəsi olan satınalan dövlət qurumlarının qida məhsulları ilə təchizatı prosesi və proses müddətində ərzaq təhlükəsizliyinin təminatının təşkili ilə tanış etmək olub. Jurnalistlərə Gəncə Regional İdarəsinin iş prinsipi barədə məlumat verilib, onlar ərzaq məhsullarının saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi ilə yaxından tanış olublar. "Aqrar Tədarük və Təchizat" Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri və ətraf rayonlarda ümumilikdə 125 dövlət qurumunun ərzaq təchizatını həyata keçirdiyini bildirilib.


Create Account



Log In Your Account