Jan 22 2019 18:45
Views: 536

2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor, Azərbaycanın böyük sərkərdəsi tankçı Həzi Aslanovun doğum günüdür. Onun adı nəinki Azərbaycanın hərb tarixinə, eləcə də keçmiş Sovetlər İttifaqınını döyüş səlnaməsinə qızıl hərflərlə yazılıb. Həzi Aslanov müharibənin ilk günlərindən Azərbyacanlıların mərd, cəsur və möhkəm irədəyə malik olduğunu sübut edib. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzi Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları 40 km-dən artıq yol gedərək, Stalinqrad-Salsk dəmir yolunu tutub, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər. Tanklarla düşmənin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıblar.

Bu gün Azərbaycan tankçıları Həzi Aslanovun qəhrəmanlıqlarını təkrarlamağa çalışırlar. Bir çoxlarının tankçı peşəsini seçməsi məhz böyük sərkərdənin adı ilə bağlıdır.

Həzi Aslanov Kotelnikovo yaxınlığında gedən döyüşlərdə də böyük şücayət göstərib. Onun döyüşçüləri düşmənin 30 əks-hücumunu dəf edib, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə Həzi Aslanov 1942 –ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həzi Aslanovun Azərbaycan hərb tarixindəki xidmətləri illər keçsə də unudulmur. Dədə Qorqud Milli Fondu Həzi Aslanovun adına orden təsis edib. Bu Orden Azərbacanda 31 nəfərə təqdim olunub. 

Bakıda Həzi Aslanovun adını daşıyan küçə, metrostansiya və məktəb mövcuddur.  BU məktəbin şagirdləri də generalın ad günündə onun xatirəsini yad ediblər. 

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə dünyasını dəyişib. O, döyüş şəraitində deyil, təsadüfən atılan mərmi ilə həlak olub. Onun ölümündə SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyanın əlinin olması istisna edilmir.

Həzi Aslanov Bakıda dəfn olunub. O, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidliyinə görə 3 “Qırmızı bayraq” , 2-ci dərəcəli Suvorov, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub. 1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneçilik törədib. Yalnız ölümündən 47 il sonra, 1991-ci ildə ədalət öz yerini tapıb və ona ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.


Create Account



Log In Your Account