May 24 2019 19:06
Views: 277

Bir çox xarici kütləvi informasiya vasitələrində Arsenal klubunun oyunçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa gəlməməsi barədə kampaniya xarakterli yazılar yazıldığı bir vaxtda iki erməni idmançı Bakıdadır. Rusiyanı təmsil edən erməni əsilli bacı-qardaş Qarsevan və Duxik Canasyan Milli Gimnasitika arenasında keçirilən aerobika gimnastikası üzrə Avropa Çempionatında  çıxış edəcəklər. İctimai Televiziyaya müsahibəsində hər iki idmançı həm təhlükəsizlik, həm də onlara münasibətdən məmnun olduqlarını deyiblər.

Gimnastlar Bakıda insanların onlara olan münasibətindən də məmnunluqla danışıblar.

Milli Məclis sədrinin müavini Bahar Muradova hesab edir ki, idman oyunlarının siyasətə qatılması və siyasi məqsədlə istifadə edilməsi yolverilməzdir.

Politoloq Tofiq Abbasov  hesab edir ki, Arselanın oyunçusu Henrix Mxiteryanın indiyə qədər davranışları bir daha sübut edir ki, idmançı Azərbaycanın mənfi imicini yaratmağa çalışır. 

UEFA Avropa Liqası finalının Bakıda keçirilməsi barədə qərar verəndə təşkilatçı tərəf milliyətindən asılı olmayan hər kəsin zəmanət verir. Məhz bu səbəbdən final oyunun Bakıda keçirilməsi haqqında qərar verilib. İdman şərhçisi Aydın Bağırov deyir ki, Azərbaycanın belə mötəbər idman tədbirinin təşkili ilə bağlı təcrübəsi var və bu tədbirlərdə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda İngiltərənin Arsenal və Çelsi komandaları qarşılaşacaq. Azərbaycanın tam təhlükəsizlik təminatı verməsinə baxmayaraq Arsenal klubu erməni əsilli idmançısı Henrix Mxitaryanın Bakıya gəlməyəcəyini açıqlayıb.


Create Account



Log In Your Account