Mar 14 2019 14:15
Views: 252

Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xəzər rayonunun içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrində yeni layihələrin icrasına başlanılıb. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su veriləcək.

Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq  həyata keçirilən layihələr real nəticələr verir. Ötən müddətdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Yaşayış məntəqələrində yeni içməli su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri davam etdirilir. İçməli su çatışmazlığının daha çox  müşahidə olunduğu Xəzər rayonunun yaşayış məntəqələrində yeni  layihələrin icrasına başlanılıb. Bu ərazinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Hazırda Şağan, Qala və Türkan qəsəbələrində, Binə qəsəbəsi Südçülük massivində yeni su şəbəkələri yaradılır. Eyni zamanda  Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində, Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində mövcud şəbəkələr yenilənir və sayğaclaşma işləri aparılır. Tikinti-quraşdırma işlərinin yay aylarına qədər başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə Xəzər rayonunun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tuikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək. Hazırda “Azərsu” ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minə qədər abonentə xidmət göstərir.

 


Create Account



Log In Your Account