Jul 26 2019 18:57
Views: 291

Bakı küçələrində çıxış edən yaradıcı şəxslərin istedadlarını nümayiş etdirmək üçün lazımi imkan yaratmaq, turist məmnuniyyətini təmin etmək…Bu gündən başlayan “küçə sənətçiləri” layihəsi bu məqsədlərə xidmət edir. Əsas hədəflərdən biri həm də insənətin müxtəlif istiqamətləri üzrə istedadlara dəstək olmaqdır. 

Təqdimat mərasimində qeyd olundu ki, ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq. Seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəy verəcək. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmayacaq. Seçim kriteriyalarına gəldikdə...

Seçim turunu uğurla keçən küçə sənətçilərinə müvafiq icazə sənədi ilə təmin olunacaq. Bu sənətçilər yayda açıq, qışda isə qapalı məkanlarda fəaliyyət göstərə biləcək. Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin həyata keçirdiyi layihəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dəstəkləyir.


Create Account



Log In Your Account