Mar 06 2019 18:21
Views: 460

Prezident İlham Əliyev Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Musiqili Teatr və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” status verilib.  Bu status teatrlar qarşısında yeni imkanlar açır. Gələn il 100 yaşını qeyd edəcək  Azərbaycan Dövlət Musiqili Teatrı üçün bu xəbər əsl bayram hədiyyəsi olub.

Həm Azərbaycan, həm də rus dilində tamaşalar hazırlayan Dövlət Musiqili Teatrı yeni repertuar üzərində işləyir. Milli teatr günü ərəfəsində isə teatr öz balaca tamaşaçılarına yeni layihələr təqdim edəcək. Akademik status alan digər teatr – Dövlət Rus Dram Teatrı da tamaşaçılarını əliboş qarşılamayaacq.

Qeyd edək ki, teatrlara akademik status verilməsi ilə bağlı təklif martın 1-də prezident İilham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səsləndirilib. Dövlət başçısı bu təklifi müsbət qarşılayıb. Və artıq martın 5-də iki teatra akademik status verilməsinə dair sərəncam verilib.


Create Account



Log In Your Account