Jul 12 2019 18:11
Views: 253

Əmlak Məsələləri Dövlət Komitəsinin kadastr məlumatlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasına inteqrasiyasına başlanılıb. Bu barədə Əmlak məsələləri dövlət komitəsinin sədr müavini  Rüstəm Şahbazov Baş Planın hazırlanmasında iştirak edən şirkətin, eləcə də media nümayəndələrinin iştirakı ilə tədbirdə jurnalistlərə məlumat verib. Bildirib ki, Bakı şəhərinin elektron kadastr məlumatları əmlaklarla, torpaqlarla bağlı dəqiq və müfəssəl göstəriciləri özündə cəmləşdirdiyindən Baş Planın hazırlanmasında mühüm baza rolunu oynayacaq. Elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri paytaxtın Baş Planının yaradılmasında əsas mənbə kimi istifadə olunacaq. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən yerüstü mühəndis-kommunikasiya xətləri, təhsil, səhiyyə, məişət obyektləri barədə müfəssəl məlumatlar öz əksini tapır. Həmçinin mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatlar, təyinatlar yerləşib. Kadastr məlumat bazasında sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə dəstək olacaq.


Create Account



Log In Your Account