Oct 17 2019 19:40
Views: 922

Torpaq sahəsi ilə bağlı bütün materiallar bir bazada toplanaraq planşetlərə inteqrasiya olunub. Artıq müfəttişlərin hansısa torpaq sahəsi ilə bağlı məlumatları əldə etmək üçün arxiv sənədlər və kadastr göstəricilərinin araşdırılmasına ehtiyyacı qalmayacaq. Yeni proqram vasitəsilə torpaq sahəsi ilə bağlı bütün məlumatlar yerindəcə elektron qaydada planşetlərdən əldə olunacaq.
Planşetə əlavə olunmuş torpaqların elektron kadastr uçotu informasiya sistemi vasitəsilə torpaq sahəsinin hansı mülkiyyətdə olduğu, məqsədli təyinatı və kateqoriyası, vətəndaşın şəxsiyyəti, inzibati xətalar barədə məlumatlar yer alıb.
İqtisadçı ekspert Vüqar Bayramlı bildirib ki, yeni sistemin tətbiqi nəzarətin elektronlaşmasına imkan verəcək. Eyni zamanda şəffaflığın artırılmasına zəmin yaradacaq.  
Təqdimat mərasimində bildirilib ki, hazırda protokollar həm elektron, həm də kağız üzərində doldurularaq təqdim olunur. Gələcəkdə isə qanunvericilikdə müvafiq dəyişiklik aparmaqla elektron protokol yazılması və qərar qəbul edilməsinin tətbiqi nəzərdə tutulub.


Create Account



Log In Your Account