Apr 07 2020 19:33
Views: 311

Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Bildirib ki, məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir. Vüsal Qasımlı deyib ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur. Ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır. Vüsal Qasımlının sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir. Xüsusən də, kapitalın gəlirliliyi elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın.


Create Account



Log In Your Account