Jul 03 2020 18:22
Views: 536

Bakıda karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilib. Bu günlərdə paytaxt küçələrində polis dəstələrinin sayı çoxalıb. Eyni zamanda, polis və daxili qoşunların əməkdaşlarına Azərbaycan Ordusunun bəzi bölmələrinin hərbçiləri də qoşulub. Polis əməkdaşları küçə və prospektlərlə yanaşı, yaşayış komplekslərinin ərazisində, məhəllələrdə də vətəndaşların aralarında məsafə saxlamalarını, tibbi maska və qoruyucu vasitələrdən istifadə edib-etmədiklərini yoxlayır. Xüsusilə qapalı məkanlarda qaydalara əməl edilməsinə nəzarət gücləndirilib. Supermarketlərdə reydlər keçirilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilirlər. Bu xəta təkrar baş verdikdə, cərimə məbləği 2 dəfə artır.


Create Account



Log In Your Account