Jul 15 2019 19:29
Views: 248

SOCAR-ın Karbamid zavodunda istehsal olunan  karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ilk satışı həyata keçirilib.  Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq.
Karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir.  Zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur. Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov layihənin kənd təsərrüfatınının inkişafında xüsusi rol oynayacağını və məhsuldarlığın yüksəldilməsinə təsir edəcəyini deyib
İllik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu bu ilin yanvar ayında  istismara verilib. Zavodda indiyədək təxminən 60 min ton karbamid istehsal edilib.  Bu məhsulun təxminən 45 min tonu əsasən Türkiyə, Ukrayna və yerli bazarlarda satılıb. Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək.


Create Account



Log In Your Account