Jul 29 2019 17:21
Views: 283

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirib. Nazirlikdən verilən məlumaat görə Vegidən yayınmalar daha çox vergi ödəyicilərinin nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır.

Vergilər nazirliyi yanında Bakı şəhər Kiçik sahibkarlıqla İş departamentinin nümayəndəsi Araz Ağayevin sözlərinə görə Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Araz Ağayev bildirb ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb.

Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər. Bu da onun fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxarır. Sahibkar Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya çekin verilməməsinə görə maliyyə sanksiyana məruz qala bilər. İl ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat; ikinci dəfə 3000 manat; üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulur.


Create Account



Log In Your Account