Mar 09 2019 17:26
Views: 342

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün martın 11-dən 15-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycanda ilk dəfə beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Həftə çərçivəsində planlaşdırılan tədbirlər barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovla söhbət etmişik.

O bildirib ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 21007” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktik seminarı” və sair bu kimi mövzularda tədbirlər təşkil ediləcək.


Create Account



Log In Your Account