Aug 28 2019 18:14
Views: 204

Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Bəhram Ağakişiyevin həyatından, döyüş yolundan bəhs edən "Cənnət yolçusu" sənədli filminin təqdimatı olub. Respublika Veteranlar Təşkilatında baş tutan təqdimat mərasimində görkəmli kəşfiyyatçının döyüş yoldaşları, veteranlar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Filmdə Bəhram Ağakişiyevin keçdiyi döyüş yolundan, onun ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən bəhs edilir. 90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman Bəhram Ağakişiyev könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyatçı kimi böyük şücaət göstərib. İndi də ehtiyatda olmasına baxmayaraq, hər zaman silahlı qüvvələrin sıralarına qayıtmağa hazır olduğunu deyir.


Create Account



Log In Your Account