Sep 04 2018 16:30
Views: 437

Yaradıcı komandaların nümayiş etdirdiyi geyimlər, təqdim olunan musiqi bir-birini əvəz edir. Təqdimat rejissorları tamaşaçıları Qırğız tarixinin qızıl dövrü hesab edilən 9-cu əsrə aparmağa nail oldu. Kırçın vadisi sözün həqiqi mənasında əsl köçəri şəhərciyinə çevrilib. Burada 1000-dən çox yurd quraşdırılıb, dünyanın müxtəlif xalqlarının mətbəxi nümayiş etdirilir. Bu möhtəşəm səhnədə isə köçərilərin həyatı haqqında tamaşalar göstərilir. Burda tamaşaçıları yalnız dekorasiyalar deyil, həm də kaskadyorların məharəti valeh edir. At yarışları isə iştirakçılara tamamilə başqa təəssürat yaradır.  
Etnoşəhərciyin təşkilatçılarının əsas məqsədi iştirakçıları köçərilərin həyatı və adət-ənənələri ilə tanış etməkdir. Burada qızılquşla ov etməyi öyrənmək, milli mətbəx nümunələrini dadmaq, at sürmək, dəvəyə minmək, foto çəkdirmək mümkündür.
Etnoşəhərciyin ərazisi çox böyükdür. Kırçın vadisindənə ən yaxın yaşayış məskəninə məsafə 50 kilometrdir. Bütün yurdlara baxmaq üçün 1 saatdan çox vaxt lazımdır. Bu Qırğızıstanda keçirilən 3-cü dünya Köçəri oyunlarıdır, 4-cüsü isə Türkiyədə təşkil olunacaq. Qırğızlar  bu oyunlara çox böyük maraq göstərir.
Etnoşəhərciyin açılışında Qırğızıstan prezidenti və bir neçə ölkədən yüksək səviyyəli nümayəndə heyəti də iştirak edib. Burda Tamaşaçılar üçün Qırğız tarixinin “Qızıl əsr” inin səhnələşdirilmiş təqdimatı da olub.  
3-cü dünya Köçəri oyunları Qırğızıstanın İssık-Kul vilayətində  sentyabrın 2-də start götürüb. Oyunların proqramına etnoidmanın 37 növü daxildir. Oyunlarda Azərbaycanın da daxil olduğu 80 ölkədən ümumilikdə 2 mindən çox idmançı iştirak edir.


Create Account



Log In Your Account