Feb 22 2021 18:12
Views: 301

“Kəlbəcər rayonuna Gəncə-Toğanalı yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək”. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən brifinqdə deyib. Bildirib ki, yolun tikintisinə gələn ay başlanılacaq. Qurum sədri digər layihələr barədə də məlumat verib. Bildirib ki, 2023-cü ilə qədər Bakı qəsəbələrində yol problemi öz həllini tapacaq. Saleh Məmmədov 2022-ci ilin may ayınadək Bakı-Quba yolunun ödənişli hissəsinin istismara veriləcəyini də qeyd edib.


Create Account



Log In Your Account