Apr 02 2019 18:55
Views: 296

65 yaşlı Vidadi Abdullayev  ömrünün  gənc yaşlarını doğulduğu Kəlbəcər rayonunda keçirib. Ali məktəbi bitirdikdən sonra  geri qayıdaraq coğrafiya fənni üzrə Kəlbəcərdəki orta məktəblərdən birində  dərs deyib. Öz şagirdlərinə bu torpağın nə qədər zəngin olduğunu öyrədib. Amma Kəlbəcərin işğalından sonra ailə üzvləri ilə birgə öz yurdunu, el-obasını tərk etməli olub. Vidadi müəllim 26 il öncə olduğu kimi indi də  Kəlbəcər rayon 18 saylı köçkün tam orta məktəbində şagirdlərinə dərs deməyə davam edir. Amma indi Vidadi müəllim  hər dəfə  Kəlbəcəri xatırlayanda  o  çətin günləri  yenidən yaşamış olur.

Bu gün Kəlbəcər rayon 18 saylı orta məktəbdə həm Kəlbəcərin işğalı günü  anılır, həm də 2016-cı ilin aprel döyüşlərində ordumuzun  qısa müddət  ərzində düşmən üzərində qazandığı qələbəsi qeyd edilir.  Məktəbdə təhsil alan əksər şagirdlərin valideyinləri  və yaxınları  Kəlbəcərdən olan məcburi köçkünlərdir. Onlar işğaldan 26 il ötsə də, Kəlbəcər rayonunun  işğalını bu gün də ürək ağrısı ilə xatrılayırlar

Bu gün Kəlbəcər rayon 18 saylı orta məktəbində ümumilkdə 227 şagird təhsil alır. Onlar həm müəllimlərindən, həm də valideyinlərindən heç vaxt  görmədikləri Kəlbəcər haqqında öyrənirlər. Bir gün ata-babalarının yurdu olan  torpaqlara qayıdacağına inanırlar.


Create Account



Log In Your Account