Sep 13 2019 18:59
Views: 749

“Azərbaycanda kölgə iqtisadiyyatı özünü qeyri-rəsmi məşğulluq, bəyan edilməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir”. Bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, yeniləşmiş vergi siyasətinin, vergi inzibatçılığının da əsas hədəfi kölgə iqtisadiyyatının həcminin azaldılmasıdır. Nəticələr göstərir ki, sağlam münasibətlərin qurulduğu şəraitdə biznes leqal fəaliyyət göstərməyə meyllidir və şəffaflaşma çağırışlarına müsbət reaksiya verir.

Bu ilin əvvəlində vergi qanunvericiliyinə edilən dəyişikliklərdən danışan Mikayıl Cabbarov  vergidaxilolmaların artım tepmpinin iqtisadiyyatın artım tempini üstələdiyini deyib.  Bununla belə vergidən yayınma hallarının müşahidə olunduğunu deyən nazir əmək münasibətlərinin şəffaflaşmasından danışıb.  Onun sözlərinə görə, bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb ki, onun 78%-i özəl sektorun payına düşür. Nazir pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formal məşğulluğa diqqət çəkib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev kölgə iqtisadiyyatı ilə mübarizənin istiqamətlərindən danışıb.  Bildirib ki, ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların insan iştirakı olmadan rəsmiləşdirilməsi bu istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu mübarizənin 2ci istiqaməti risklərin dəyəndirilməsi, 3-cü istiqaməti isə qaçaqmalçılıqla mübarizədir. Bildirib ki, qaçaqmalçılıq sahəsində mübarizə də artıq öz bəhrəsini verir. 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın tranzit potensialı 2 dəfədən artıq artıb.

Konfransda dövlət qurumlarında maliyyə hesabatlarının mühasibat uçotunun aparılmasından danışılıb. Qeyd olunub ki, dövlət qurumlarının maliyyə hesabatlarının konsolidasiya olunmasının qanunvericilikdə təsbit olunmasına ehtiyac var. 

Konransda kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, dövlət və qeyri hokumət təşkilatlarının, özəl sektor da daxil olmaqla 60-dan çox qurumun nümayəndələri iştirak edib. Kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi ilə bağlı müzakirələr aparılıb.


Create Account



Log In Your Account