Jan 17 2019 18:39
Views: 487

Bakıda və Abşeron yarımadasında əvvəldən proqnozlaşdırıldığı kimi əsən güclü şimal küləyi axşama doğru güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan CBC-yə verilən məlumata görə,  xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsində qalır. Bu gün axşam dənizdə dalğanın hündürlüyünün 8 m-dən yuxarı olacağı, temperaturun 0 dərəcəyədək enəcəyi gözlənilir.  Regionlarda isə axşam saatlarında yağmurlu hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta təşkil edəcək. 
Yanvarın 18-də paytaxtda və Abşeron yarımadasında günortaya doğru şimal-qərb küləyinin mülayimləşəcəyi və temperaturun 3-5 dərəcəyədək artacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmurlu keçəcəyi, günortadan sonra tədricən kəsiləcəyi proqnozlaşdırılır. Aran rayonlarında 4-7 dərəcə isti, dağlarda 0-4 dərəcə isti gözlənilir.
Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsir və bu  küləyin bəzi ərazilərdə şiddətlənəcəyi gözlənilir. Yağıntılar bəzi ərazilərdə qara və sulu qara çevriləcəyi gözlənilir. Temperatur 0-2 dərəcə isti təşkil edəcək. 
Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, yağıntılar gündüz tədricən kəsiləcək. Bölgələr üzrə də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir. Gündüz saatlarında yağıntıların tədricən kəsiləcəyi gözlənilir.


Create Account



Log In Your Account