Feb 14 2020 19:25
Views: 659

Çində koronavirus qurbanlarının sayı 1488-ə, yoluxanların sayı isə 63 918 nəfərə yüksəlib. Virusa yoluxanlardan 6982 nəfəri sağalaraq xəstəxanalardan buraxılıb. Bu barədə Çin rəsmiləri məlumat yayıb. Azərbaycanda hələ ki, virusa yoluxma halı qeydə alınmayıb. Koronavirusun geniş yayıldığı Uhan şəhərindən Azərbaycana gələn və xüsusi tibb məntəqəsində karantinə yerləşdirilən insanların çoxu bu gün evə buraxılacaq. Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Çinin digər şəhərlərindən gələn və Kliniki Tibbi Mərkəzə yerləşdirilən insanlarla bağlı da açıqlama verilib. Indi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.


Create Account



Log In Your Account