Apr 20 2018 14:04
Views: 961

Azərbaycan paytaxtı yenidən tolerantlıq mərkəzinə çevriləcək. Bakıda  növbəti Avropa tolerantlıq festivalı keçiriləcək. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edən ikinci “IMAGINE” festivalı mayın 2-də start götürəcək.
İkinci Avropa tolerantlıq festivalını Bakıda fəaliyyət göstərən səfirliklər də dəstəkləyir.
Festival çərçivəsində 30 ölkədən 40 film təqdim olunacaq. IMAGINE-2018-də demək olar ki, Avropa İttifaqının bütün ölkələri iştirak edir. Festivalda quruma üzv olmayan ölkələrdən də ekran əsərləri nümayiş etdiriləcək. Tədbir çərçivəsində fotosərginin açılışı, açıq havada teatr nümayişi planlaşdırılır. Beynəlxalq səviyyədə tanınmış film rejissorları və musiqiçilərin iştirakı ilə konfranslar və ustad dərsləri də keçiriləcək. Tolerantlıq və mədəni dialoq kimi dəyərləri özündə əks etdirən iki etnik musiqi konsertində Peru, Yunanıstan və Azərbaycan musiqiçiləri bir arada çıxış edəcəklər. İkinci “IMAGINE” Avropa Tolerantlıq Festivalı mayın 17-dək davam edəcək.


Create Account



Log In Your Account