Jun 03 2020 18:11
Views: 371

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu pandemiyanın ikinci dalğası, peyvəndin hazırlanması, testlərin aparılması və digər məsələlərə həsr olunmuş onlayn brifinq keçirib. Qeyd olunub ki, bu günədək Avropa regionunda 2 milyondan çox yoluxma, 180 min nəfərdən çox ölüm faktı qeydə alınıb. DST-nin Avropa regional bürosunun direktoru Hans Klyuge bildirib ki, Azərbaycan pandemiya ilə mübarizəyə böyük töhfələr verir, ayrı-ayrı ölkələrə maddi və maliyyə yardımı göstərir.

Hans Klüqe bildirib ki, bəzi ölkələrdə vəziyyət stabilləşir. Bununla belə ikinci dalğanın olacağı mütləqdir. O, qeyd edib ki, COVID-19 virusu hələ uzun müddət bizimlə olacaq. Bu virusa qarşı peyvənd yaranandan sonra Dünya Səhiyyə Təşkilatı dərmanın ədalətli şəkildə bölünməsi üçün əlindən gələni edəcək.


Create Account



Log In Your Account