Jul 16 2019 18:22
Views: 224

“Kənd təsərrüfatı sahəsində aparılan islahatların iki istiqaməti var: fermerlərin texniki-təchizatı imkanlarının yaxşılaşdırılması və məhsulu satmaları üçün daha yaxşı şəraitin yaradılması.” Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə CBC-yə müsahibəsində deyib. Bildirib ki, bu islahatlar nəticəsində bu ilin 6 ayı ərzində kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru bəzi kənd təsərrüfatı məhsullarının qiymətinin artması ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, əsasən pomidorun qiymətində ciddi artım müşahidə olunur ki, bu da müvəqqəti xarakter daşıyır. Yaxın 1 həftə-10 gün ərzində qiymətlərin kəskin aşağı düşəcəyi gözlənilir.

Firdovsi Fikrətzadə qeyd edib ki, kənd təsərrüfatı məhsullarında qiymətlərin artması bir çox hallarda mövsümi xarakter daşıyır. Bildirib ki, kənd təsərrüfatı sahəsində aparılan islahatların əsas məqsədi ölkədə məhsul bolluğuna nail olmaq və beləliklə də iqtisadiyyatın inkişafına töhfə verməkdir.


Create Account



Log In Your Account