Jan 08 2019 14:33
Views: 418

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin 2019-cu ildə əsas hədəflərindən biri kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşma aparmaqdır. Bitkilərin yetişdirilməsi  üçün tələb olunan təbii iqlim şəraiti, torpaq, su ehtiyatı və ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı üçün tələb olunan xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma həyata keçiriləcək.

Pəviz Əliyev bildirib ki, bu işdə həm idxal-ixrac münasibətləri, həm də istehlakçılar nəzərə alınacaq. Bu il görüləcək əsas işlərdən biri də elektron ənd təsərrüfatı portalında fermerlərin elektron kabinetin formalalaşdırılmasıdır. Bununla kənd təsərrüfatı məhsullarının istehsalçıları barəsində məlumatlar vahid məkanda toplanacaq.

Aqrar Tədqiqatlar Mərkəzinin mütəxəssisi deyir ki, kənd təsərrüfatı sahəsində məlumatlar həddən artıq çoxdur. Bunun üçün də elektron kabinetin yaradılmasına böyük ehtiyac var. Məlumatlar artıq bir yerə toplanıb, bir mərkəzdən təhlil olunacaq. Bu da dövlət qurumlarına daha effektiv qərarlar qəbul etməyə imkan verəcək.


Create Account



Log In Your Account