Dec 10 2018 18:19
Views: 230

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sığortası sahəsində əməkdaşlıq edəcək. bunu nəzərdə tutan protokol iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında imzalanıb. Sənədə əsasən Azərbaycan qardaş ölkənin bu sahədəki təcrübəsini öyrənəcək. Kənd təsərürfatı naziri İnam Kərimov bildirib ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfəri çərçivəsində əməkdaşlığın müxtəlif sahələrdən genişləndirilməsi imkanları müzakirə olunub. Sabah isə Azərbaycan və Türkiyənin aqrar sektorda fəaliyyət göstərən şirkətlərinin iştirakı ilə biznes-forum keçiriləcək.


Create Account



Log In Your Account