Jul 30 2019 14:54
Views: 202

Azərbaycanca kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri idxalı və satışı ƏDV-dən azad oluna bilər. Milli Məclisə Vergilər Məcəlləsinə irəli sürülmüş təkliflərə əsasən, yerli, eləcə də idxal olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri üçün ƏDV ödənilməyəcək.  Yeni dəyişikliklər ilk növbədə fermerlərin dəstəklənməsini hədəfləyir.

Aqrar sığorta haqqında yeni qanun layihəsindən danışan Mirzə Əliyev deyir ki, bu sahədə sığorta haqlarının yüksək olması sığorta şirkətlərinin sözügedən sahədə püxtələşməməsi ilə əlaqədardır. Yeni təklif olunan layihə sığorta şirkətlərinin kənd təsərrüfatı sahəsində yüksək dəyərləndirilən risklərin yarısından çoxunun sığortalanmasını özündə əks etdirəcək.

Aqrar sığorta sahəsində yaradılacaq yeni sistem müxtəlif sığorta sistemlərinin təcrübəsindən, xüsusilə bu sahədə dünyada aparıcı olan İspan modeli və Türkiyənin Taksim modelindən qarşılıqlı yararlanmanı nəzərdə tutub.  Bu da aqra sığorta sahəsində canlanmanın yaranmasına  imkan verəcək.

Qeyd edək ki, hər iki qanunla bağlı dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Vergilər Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı halda isə gələn il yanvarın 1-dən qüvvəyə minəcək.   


Create Account



Log In Your Account