Feb 07 2019 18:15
Views: 395

Fevralın 1-dən etibarən kənd təsərrüfatı texnikası yeni qaydalarla satılacaq. İlk növbədə texnikanın əldə olunması və alışın rəsmiləşdirilməsi qaydaları dəyişib. Bu barədə CBC-yə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib. onun sözlərinə görə, dəyişikliyin məqsədi hər şeydən öncə fermerlərə dəstəyi artırmaqdır.

Fermerlər texnikanın dəyərinin 20%-ni ilkin ödəniş şəklində ödədikdən sonra 40 faizini subsidiya şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək.

Kənd Təsərrüfatı Nazirliyindən bidlirirlər ki, bu dəyişiklik həm də kənd təsərrüfatı texnikası bazarında qiymətlərin enməsinə də səbəb olacaq. eyni zamanda fermerlərin texnikanı əldə etməsi prosedurları sadələşəcək.   


Create Account



Log In Your Account