Mar 02 2019 18:33
Views: 333

Bu gündən Novruz bayramı ilə əlaqədar olarq  paytaxda  kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları açılıb. Yarmarkada ölkənin müxtəlif rayonlarından gətirilən 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Məhsullar  təzə və keyfiyyətli olmaqla yanaşı   adi bazarlarda  mövcud olan qiymətlərdən  daha ucuz  təklif olunur.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları üçün ayrılan yerlər müasir standartlara uyğun və qapalı formada təşkil edilib.İstehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb.Yarmarkada sui-istifadə hallarının aradan qaldırılması üçün tədbirlər də görülüb. Alıcılar bayram öncəsi bu cür yarmarkaların təşklini müsbət qarşılayıb.
Qarşıdan gələn bayramla əlaqədar olaraq   bu gündən etibarən ölkənin bütün şəhər və rayon mərkəzlərində o cümlədən  Bakı şəhərində 14 yarmarka  fəaliyyət göstərəcək. Yeni bayram  yarmarkalarında   təmizlik və gigiyena qaydaların riayət olunmasına xüsusi diqqət yetirilir. Qida təhlükəsizliyi normalarına  da nəzarət edilir. Satış yarmarkalarının yaradılmasında əsas məqsəd fermerlərin məhsullarının birbaşa bazara çıxarılmasına şərait yaratmaqdır.
Novruz bayramı ilə əlaqədar keçirilən yarmarkalarda satışa çıxarılan məhsulların  əhaliyə bazar qiymətlərindən  daha aşağı  təklif olunması üçün hökümət  tərəfindən bir sıra tədbirlər görülüb. Görülən işlərdə həm fermerlərin, həm də istehlakçıların  maraqlarının qorunmasına xüsusi diqqət yetirilib.
Bayram yarmarkaları  mart ayının 16-sına kimi həftə sonları,16-dan 21- kimi isə hər gün təşkil olunacaq.


Create Account



Log In Your Account