Aug 10 2019 20:07
Views: 574

Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir. Meliorativ tədbirlərin həyata keçirilməsi, istixanaların, anbarların yaradılır, SOCAR Carbamid - azot gübrəsi zavodunun istehsala başlaması kənd təsərrüfatının ayrı-ayrı sahələrində inkişafda özünü  göstərir. Bütün bunların nəticəsində ciddi məhsul artımı müşahidə olunur. Lakin bəzi məhsulların qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə yüksəkdir. Ekspertlər bunu mövsüm dəyişikliyi ilə əlaqələndirirlər. Bildirirlər ki, kənd təsərrüfatı məhsullarının qiyməti mövsümün müəyyən dövrlərindən asılı olaraq dəyişir.
Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində fermer və istehlakçılar üçün əlverişli ticarət mühiti yaradılıb. Firdovsi Fikrətzadənin sözlərinə görə, builki mövsümün ümumi bazar şərtləri çox sərfəlidir, fermerlər öz məhsullarını yaxşı sata bilirlər. Onun fikrincə, qiymətin əlverişliliyi logistika infrastrukturunun, eləcə də, topdansatış bazarlarının daha da genişləndirilməsini tələb edir.
Ekspertlərin fikrincə, qiymət dəyişikliyi həm də idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Azərbaycanda istehsal olunan məhsullar yüksək keyfiyyətə malikdir. Bu baxımdan onlara tələbat artır və daha çox məhsul ixrac olunur. Bu da ölkənin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur.


Create Account



Log In Your Account