Sep 02 2019 18:46
Views: 282

“Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb. 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək”. Bu barədə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev subsidiyalar mövzusunda keçirilən mətbuat konfransında bildirib. Qeyd edib ki, müvafiq qaydalara əsasən, baza məbləği 200 manat olmaqla, 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkilərinin növləri üzrə müəyyən edilib.
 Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda fermerləri məlumatlandırmaq üçün təlimçilər hazırlanır. Aqrar Subsidiya Şurası isə hər il əmsalları müəyyənləşdirəcək. Nazir müavini qeyd edib ki, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə məlumat verməlidir. Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə subsidiyanı almaq üçün plastik kart veriləcək. Karta köçürülən məbləğin yalnız 25%-ni nağdlaşdırmaq mümkün olacaq.

 


Create Account



Log In Your Account